AZ

Nigeriyada Boko Haramın hücumu nəticəsində 5 əsgər ölüb

Nigeriyada Boko Haramın hücumu nəticəsində 5 əsgər ölüb

Boko Haram terror təşkilatının Nigeriyanın şimal-şərqindəki Borno əyalətində həyata keçirdiyi hücumda 5 əsgər həyatını itirib.Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Müdiri Edvard Buba verdiyi açıqlamada Borno əyalətinin Qubio bölgəsində sabitlik əməliyyatları və müdafiə bölgəsində yerləşdirilən əsgərlərin Boko Haram tərəfindən hücuma məruz qaldığını bildirib.Buba hücumda 5 əsgərin həyatını itirdiyini, 10 əsgərin yaralandığını, 4 əsgərin isə itkin düşdüyünü bildirib.Hücumdan sonra əsgərlərin terrorçulara qarşı həyata keçirdiyi əməliyyatda çox sayda terrorçunun zərərsizləşdirildiyini bildirən Buba, terrorçulara aid silah maşını və mühüm sursatların ələ keçirildiyi barədə məlumat paylaşıb.Digər tərəfdən, milli mətbuatda yer alan xəbərlərdə hücumda 20 əsgərin həyatını itirdiyi iddia edilib.Mənbə: AA

Seçilən
8
1
afn.az

2Mənbələr