"İşğaldan azad olunmuş ərazilərdə həyta keçirilən abadlıq işləri Ağdam üçün yeni bir dönəmin başlanğıcını qoyub". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Ağdamda böyük quruculuq-bərpa işləri aparılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam tamamilə bərpa ediləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələri ilə tanışlıq məhz bu məqsədlərə xidmət edir. Qısa zamanda Ağdamda və digər şəhərlərimizdə həyat yenidən canlanacaq. Ağdamlılar öz yurd-yuvalarına geri dönüb əbədi, xoşbəxt, təhlükəsiz şəraitdə yaşayacaq".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31