İngiltərənin “Liverpul” klubunu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Msport.az “Tuttosport”a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi “İnter”in forvardı Markus Türamı heyətinə qatmağı planlaşdırır.
27 yaşlı forvard özü də bu keçidə müsbət yanaşır. “Liverpul” 85 milyon avro ödəməyə hazırdır.
Türam bu mövsüm “İnter”də 15 rəsmi matçda 8 qol vurub və 5 asist edib.