AZ

COP29çərçivəsində nərə körpələri Kür çayına buraxılıb - FOTO

2024-cü il 19 noyabr tarixində "LU-MUN Holding"in törəmə şirkəti olan "Azerbaijan Fish Farm" (AFF) tərəfindən nəsli kəsilməkdə olan endemik Xəzər nərə balığının qorunması istiqamətindəki davamlı səyləri çərçivəsində növbəti tədbir keçirilib. Tədbir çərçivəsində nərə körpələri Kür çayına buraxılıb. Bu müntəzəm tədbir "Azerbaijan Fish Farm"ın Neftçaladakı Nərə Damazlıq Təsərrüfatında keçirilib və COP29-un Yaşıl Zona stendində (G14) canlı yayımlanaraq, nərə balığının qorunması və ekosistemin bərpasının vacibliyinə dünya ictimaiyyətinin diqqətini cəlb edib.

Həmçinin layihə çərçivəsində Azərbaycan Respublikasının Qırmızı Kitabında yer alan, Xəzər Qızılbalığı körpələri dənizə buraxılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri-Leyla Əliyeva COP 29 sərgisində "LU-MUN Holding" stendində nərə balıqlarının Kür çayına buraxılışını canlı izləyib. Onun fəal iştirakı və ətraf mühitin mühafizəsi işinə sarsılmaz bağlılığı şirkətin nəsli kəsilməkdə olan Nərə balığını qorumaq və Xəzər dənizinin ekosistemini bərpa etmək missiyası üçün güclü ilham mənbəyidir.

Leyla Əliyeva və bu cür təşəbbüsləri dəstəkləyən fəallar sayəsində "LU-MUN Holding" ətraf mühit və gələcək nəsillər üçün əhəmiyyətli irəliləyişlərin ola biləcəyinə inanır.

COP29-da, "LU-MUN Holding" və "Azerbaijan Fish Farm" (AFF) Kür çayında və Xəzər dənizində nəsli tükənməkdə olan Xəzər nərəsinin nəslinin artırılmağını hədəfləyən yeni "Cure the Kura" layihəsini təqdim edib.

"Cure the Kura"( Kürə Qayğı) layihəsi, "LU-MUN Holding"in törəmə şirkəti "Azerbaijan Fish Farm" (AFF) tərəfindən İsveç Balıqçılar Assosiasiyası (SAA) və İsveç Kənd Təsərrüfatı Elmləri Universiteti (SLU) ilə birgə həyata keçirilən təşəbbüsdür. Layihə, Xəzər dənizində və Kür çayında nəsli kəsilməkdə olan endemik Xəzər nərə balığının qorunması məqsədini daşıyır. Layihədə, vəhşi təbiətə buraxılan nərə balığı populyasiyalarının sağ qalmasını izləmək və artırmaq üçün qabaqcıl balıq izləmə texnologiyalarından istifadə edilir. Kür çayı əzəldən nərə balığının kürüləmə yeri olduğundan, layihə nərə balığının həyatının beşiyini əks etdirən adı daşıyır.

Xəzər dənizi və Kür çayı iqlim dəyişikliyi, həddindən artıq balıq ovu və yaşayış yerlərinin dağıdılması kimi ciddi təzyiqlər altında olan unikal biomüxtəlifliyi sahib vacib ekosistemi təmsil edir.

Nərə balığının nəslinin bərpa edilməsi və Kür çayındakı ətraf mühitin sağlamlığının inkişaf etdirilməsi iqlim dəyişikliyinə adaptasiya və həmin barədə tədbirlər görmək, yəni mühafizəsi istiqamətində bir misaldır. Üstəlik bu növlərin qorunması nərə balığının dövlətin mədəniyyətində həyati rol daşıdığını nəzərə alsaq Azərbaycanın mədəniyyəti üçün böyük önəm daşıyır.

Daha çox məlumat üçün linkə keçid edə bilərsiniz: https://curethekura.aff.az/

E-poçt: [email protected]

 

 

Seçilən
22
2
avtosfer.az

3Mənbələr