Cənubi Koreyanın Ulsan şəhərində \"Hyundai\" avtomobil zavodunda avtomobilləri sınaqdan keçirən 3 nəfər zəhərli qazın yığılması nəticəsində boğularaq ölüb.
AZXEBER.COM \"Yonhap\" Xəbər Agentliyinə istinadən xəbər verir ki, rəsmilər hadisə ilə bağlı araşdırmalara başlayıb.
Şirkətin 3 əməkdaşları xəstəxanaya çatdırılsalar da, bütün müdaxilələrə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.
Avtomobil istehsalçısı həyatını itirənlərin ailələrinə başsağlığı verib və eyni hadisənin bir daha təkrarlanmaması üçün lazımi tədbirləri görəcəyini bildirib.