AZ

General Aştiani: Azərbaycan bizim üçün mühüm ölkədir

Xəbər verildiyi kimi, dünən Tehranda Azərbaycan və İran Müdafiə Nazirlikləri arasında İran-Azərbaycan Hərbi və Müdafiə Əməkdaşlıq Komissiyasının dördüncü iclası keçirilib. Tribunainfo.az xəbər verir ki, həmin görüşdə Azərbaycan tərəfini müdafiə nazirinin müavini Fərid Əliyev, İran tərəfini isə Baş Qərargah rəisinin müavini Məhəmməd Rza Aştiani təmsil ediblər.
Aştiani toplantı zamanı deyib ki, Azərbaycan İranın müdafiə və xarici siyasətində mühüm yer tutur. “Cənubi Qafqaz İran üçün təhlükəsizlik məsələlərində mühüm rol oynayır. Bu regionda baş verən hadisələr və proseslər, şübhəsiz ki, İranın təhlükəsizliyinə təsir göstərir”.

Seçilən
33
tribunainfo.az

1Mənbələr