AZ

Paşinyan onu hər kəsin önündə narkotik testinə göndərdi: Nəticə…

Ermənistanda hakim “Mülki müqavilə” Partiyasının komandasında təkcə hökumətdə deyil, yerli özünüidarəetmə orqanlarında da vəziyyət gərginləşir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.

Nəşrin məlumatına görə, hakim “Mülki Müqavilə” Partiyasının İdarə Heyətinin noyabrın 12-də keçirilən iclasında yeni qalmaqal baş verib:

“Çərşənbə axşamı Gümrüdəki anarxik vəziyyətin müzakirə olunduğu görüşdə Nikol Paşinyan gözlənilmədən iclasda iştirak edən “Mülki müqavilə” fraksiyasının üzvü, Gümrü merliyinə ehtimal olunan namizəd Karen Saruxanyanı müayinədən keçmək üçün göndərib. O, namizədin güvəndiyi həkimin və onun təhlükəsizlik xidmətinin əməkdaşının müşayiəti ilə narkotik testindən keçməsini istəyib”.

“Joxovurd” qəzetinin məlumatına görə, test müsbət nəticələnib, yəni Saruxanyanın qanında narkotik aşkarlanıb.

Noyabrın 10-da məlum olmuşdu ki, Karen Saruxanyanın əmisi oğlu Varuj Xojumyan və onun dostu, Gümrü Ağsaqqallar Şurasının “GD” fraksiyasının üzvü Pargev Gevorkyanın narkotik maddə saxlamaq və istifadə etməkdə şübhəli bilinərək saxlanıldığı bildirilir.  O, partiyaya kölgə salmamaq üçün bu yaxınlarda hakim partiyanı tərk etdiyini açıqlayıb.

“Joxovurd” ilə söhbətində Karen Saruxanyan narkotik testinin müsbət nəticəsi ilə bağlı şayiələri təkzib etməsə də, təsdiqləməyib:

“Deputat məlumatın mənbəyi ilə maraqlansa da, öz reputasiyasından narahat deyildi.

“Sınaqınızın nəticəsi müsbət çıxdı, narkotikdən istifadə etmisiniz?” sualına “Mülki Müqavilənin” deputatı “Qapalı iclasdan nəyisə necə bilmək olar?” deyə  cavab verib.

Seçilən
34
1
cebheinfo.az

2Mənbələr