AZ

Bu təşkilata üzv olmalı, böyük islahata başlamalıyıq

Çox istərdim ki, 2025-ci il böyük islahatlar ili olsun. Çünki ölkəmizin qarşısında iri maliyyə tutumlu ciddi layihələrin icrası dayanır. Bizə təhlükəsizliyimizi, əhalinin sosial müdafiəsini gücləndirmək üçün iqtisadiyyatımızı sürətlə böyütmək, büdcə gəlirlərini dəfələrlə artırmaq lazımdır. Buna isə ciddi islahatlar aparmadan nail olmaq mümkün deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev 2025-ci ildən gözləntiləri ilə bağlı deyib. “Hökumətin Milli Məclisə təqdim etdiyi sənədlərdən də görünür ki, neft gəlirləri ilbəil azalacaq. Ölkəmizdə islahatların uğurla həyata keçirilməsi üçün böyük ictimai dəstəyə malik Prezident, sabitlik və bu işin öhdəsindən gələ biləcək komanda mövcuddur. Qalır bu işə nə vaxt başlayacağımız. Ciddi maliyyə sıxıntıları ilə üzləşməyimizi gözləmədən Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmalı, dövlət müəssisələri özəlləşdirilməli, böyük islahatlara başlamalıyıq”, - millət vəkili bildirib.
Seçilən
5
1
buta.tv

4Mənbələr