Cənubi Koreya Şimali Koreyanın Ukrayna ilə mübarizəni davam etdirən Rusiyaya əlavə haubitsa və çoxsaylı reaktiv yaylım atəşi sistemləri göndərdiyini iddia edib.
"Cebheinfo.az" -ın “Yonhap”-a istinadən məlumatına görə, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) Rusiyaya göndərilən təxminən 11 min Şimali Koreya əsgərinin oktyabrın sonunda rus əsgərləri ilə birlikdə Ukraynaya qarşı döyüşməyə başladığını açıqlayıb.
Açıqlamada Şimali Koreya əsgərlərinin cəbhədə aktiv xidmətə başlaması ilə itkilərinin artmasının gözlənildiyi, ölən və ya yaralanan şimallı əsgərlərin sayının müəyyən edilməsi üçün işlərin davam etdiyi bildirilib.
Şimali Koreyanın Rusiyaya əlavə haubitsa və çoxsaylı reaktiv yaylım atəşi sistemləri göndərdiyi iddia edilən açıqlamada Şimali Koreya lideri Kim Çen Inın yenidən Rusiyaya səfər edə biləcəyi bildirilib. ABŞ və NATO-nun oktyabrın sonunda verdiyi açıqlamalarda Şimali Koreyanın Rusiyaya qoşun yeritdiyi və onların Ukrayna sərhədinə yaxın Kursk bölgəsində yerləşdirildiyi qeyd edilib.