AZ

Yaxın Şərqdə PKK-ya qarşı əməliyyat: MİT ələ keçirdi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Yaxın Şərq ölkələrindən birində PKK terror təşkilatı ilə bağlı əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, axtarışda olan Maoist Kommunist Partiyasının (MKP) üzvü Kadir Çelik əməliyyat zamanı yaxalanıb.

Kəşfiyyat araşdırmaları nəticəsində Çelikin 2011-2016-cı illər arasında İstanbulda MKP-nin qeyri-qanuni strukturunda fəaliyyət göstərdiyi müəyyən edilib. 2016-cı ildə Şimali İraqa köçən Çelikin MKP ilə PKK arasında əməkdaşlıq çərçivəsində burada terror təşkilatının düşərgəsində sui-qəsd təlimi aldığı üzə çıxıb.

2018-ci ildə Suriyaya gedən terrorçu burada PKK-çılarla koordinasiyalı şəkildə silahlı fəaliyyətlər həyata keçirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
15
teleqraf.com

1Mənbələr