Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində yerləşən Novaya İlyinka kəndini işğal edib.
"AzPoltika" xəbər verir ki, bu barədə “DeepState” layihəsinin analitikləri tərəfindən hazırlanan hesabatda bildirilib.
Qeyd olunub ki, ruslar həmçinin Dalnıy, Antonovka, Pustınka və Donetsk vilayətinin Toretsk istiqamətində irəliləyib.
Hesabtda xatırladılıb ki, şənbə günü axşam Ukrayna Baş Qərargahı Kuraxovski istiqamətində rusların 25 hücumunun qeydə alındığını bildirib.
Qeyd olunub ki, həmin vaxt döyüşlərin əsasən Novaya İlyinka, Berestki, Novoselidovka, Voznesenka, Sontsovka, Novodmitrovka, Zarya, Kuraxovka, Dalnee, Yekaterinovka və Antonovka ərazilərində davam etdiyi bildirilmişdi.
"AzPolitika.info"