ABŞ hakimiyyətinin Ukraynaya mina tədarük etmək qərarı dünyada güc balansını pozur.
RİA Novosti xəbər verir ki , bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisi – Belarus müdafiə nazirinin birinci müavini Pavel Muraveyko deyib.
Muraveiko ABŞ-ın qərarı ilə bağlı xəbəri şərh edərək, “Güclər balansının daha bir pozulması, istifadə oluna bilən silahların artmasıdır” dedi.
Bundan əvvəl “The Washington Post” bildirmişdi ki, Amerikanın hazırkı prezidenti Co Bayden Kiyevə piyada əleyhinə minaların verilməsini təsdiqləyib.
Pentaqon daha sonra təsdiqlədi ki, ABŞ administrasiyası Ukraynada piyada əleyhinə minalardan istifadəyə icazə verib.
DOĞRU.AZ