Azərbaycan Milli Hərəkatının fəalı Mahmud Ocaqlı 4 milyard tümənlik girov qarşılığında 3 günlük məzuniyyətə göndərilib.
Gunaz.tv
Cənab Ocaqlının qohumlarının dediyinə görə, 11 il müddətinə həbs edilən fəal bir neçə ay məzuniyyət tələb etdikdən sonra onu külli miqdarda girov qarşılığında 3 günlük məzuniyyətə göndəriblər.
12 dekabr 2022-ci ildə təhlükəsizlik qüvvələri tərəfindən Tehrandakı iş yerində saxlanılan Mahmud Ocaqlı "İran İslam Respublikası əlehinə təbliğat aparmaq" və "Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq" ittihamı ilə həbs edilib.