AZ

Neftin qiyməti enərsə, mənfi təsirləri qarşılaya bilərik - Nazir

Maliyyə naziri Samir Şərifov dünya bazarlarında neftin qiymətinin düşəcəyi təqdirdə ehtiyat addımların planlaşdırıldığını deyib.

Redaktor.az xəbər verir ki, Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələlərinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı nazir qeyd edib ki, neftin qiyməti enərsə büdcənin Dövlət Vergi Xidməti tərəfindən daxiolmaları 340 milyon manat azalması proqnozlaşdırılır.

O bildirib ki, bu o qədər də sarsıdıcı fakt ola bilməz:

“Dövlət Neft Fondunun gəlirlərinə gəldikdə isə təsir daha yüksəkdir. Burada söhbət 2 milyard 100 milyon manatlıq təsirdən gedir”.

O bildirib ki, cari ilin büdcəsində neftin qiymətini 60 dollardan 75 dollara kimi yüksəldilib.

“Növbəti il biz isə bu qiyməti 5 dollar az götürmüşük. Əgər neftin qiyməti enərsə, bu mənfi təsirləri qarşılaya bilmək üçün ehtiyat addımlarımız var”, - S.Şərifov deyib.

Seçilən
5
1
redaktor.az

10Mənbələr