AZ

Keniyada güclü yanğın: ölən və yaralananlar var

Keniyanın paytaxtı Nayrobinin Kitui kəndində baş verən yanğında 6 nəfər ölüb, 10 nəfər yaralanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dünya mətbuatı məlumat yayıb.
 
Məlumata görə, ötən gecə Kitui kəndində baş verən yanğında 50-dən çox evə ziyan dəyib.
 
Polis rəsmiləri 6 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını bildirib.

Yanğının bir neçə saat sonra nəzarətə götürüldüyü, lakin səbəbinin hələlik məlum olmadığı qeyd edilib.

Axtarış-xilasetmə işlərinin davam etdiyi, yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığı bildirilib.
 
Oksana
Seçilən
17
azxeber.com

1Mənbələr