AZ

Artıq öhdəliklərin ortaya qoyulmasının vaxtıdır - Yalçın Rəfiyev

Bakı. Trend:

Avstraliyanın İtki və Zərərlərə Cavab Verən Fondun fəaliyyətinə32,5 milyon dollar vəsait ayırmasını yüksək qiymətləndiririk.

Trend xəbər verir ki, bubarədə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29Prezidentliyinin mətbuat konfransında deyib.

“Hesab edirəm ki, artıq öhdəliklərin ortaya qoyulmasınınvaxtıdır. Artıq adaptasiya üzrə qlobal hədəf, yeni kollektivkəmiyyət hədəfi (NCGQ) və BƏƏ ilə razılaşma üzərində işləyirik. Busənədlərin yarısı bu gecə açıqlanacaq. Çünki mətnlər üzərində işhələ yekunlaşmayıb”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
28
2
az.trend.az

5Mənbələr