AZ

Messi bu rekordu təkrarladı, qaldı...

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın seçmə mərhələsində Peru ilə matçda (1:0) qol ötürməsi edib.

Publika.az xəbər verir ki, 55-ci dəqiqədə o, Lautaro Martinesə assist edib. 37 yaşlı Messi üçün bu məhsuldar ötürmə milli komandanın heyətində 58-ci olub.

Bu göstəriciyə görə o, amerikalı hücumçu Lendon Donovanın rekordunu təkrarlayıb. Leo növbəti görüşlərdə daha bir dəfə komanda yoldaşlarının fərqlənməsinə şərait yaratsa, bu göstəricidə yeni rekordçu olacaq.

Milli komanda səviyyəsində üçüncü ən yaxşı assistent Braziliya millisində 57 məhsuldar ötürmə edən Neymardır.

Seçilən
4
1
publika.az

2Mənbələr