AZ

Acı məğlubiyyətdən sonra Santuş istefa verəcək?

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandası ötən axşam UEFA Millətlər Liqasının 6-cı turunda səfərdə İsveçə 0:6 hesabı ilə məğlub olub.

News24.az xəbər verir ki, acı məğlubiyyətdən sonra yığmamızın baş məşqçisi Fernandu Santuşun istefa verəcəyi barədə suallar dolaşır.

Saytımızın əldə etdiyi məlumata görə, yığmamızın baş məşqçisi olan Fernandu Santuşun istefa verməsi və ya vəzifəsindən göndərilməsi nəzərdə tutulmur. Çox güman ki, DÇ-2026-nın seçmə mərhələsindən sonra bu haqda qərar veriləcək.

Qeyd edək ki, millimiz UEFA Millətlər Liqası C Liqası, 1-ci qrupunda 1 xalla sonuncu yeri tutaraq, D Liqasına yuvarlanıb.

Ağa Dadaşzadə


Seçilən
10
news24.az

1Mənbələr