AZ

Pakistanda bir nəfər özünü partlatdı: 9 hərbçi öldü

Pakistanın şimal-qərbindəki Mali Xan bölgəsində bir nəfər özünü küçənin ortasında partladıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində tərkibində doqquz təhlükəsizlik əməkdaşı olmaqla on üç nəfərin yaralandığı bildirilib.

Pakistan ordusu hələlik hücumla bağlı açıqlama verməyib.

Ölkədə son terror aktı isə bir gün əvvəl Bannu rayonundan qaçırılan 7 polis əməkdaşının xilas edilməsindən sonra baş verib.
 
Qeyd edək ki, ötən həftə Əfqanıstan sərhədindəki Tirah vadisində terrorçularla şiddətli toqquşmalarda ən azı 8 təhlükəsizlik işçisi də həlak olub.
  
Mikayıl
Seçilən
4
azxeber.com

1Mənbələr