AZ

ABŞ-ın Ukraynadakı səfirliyi mümkün hava hücumu səbəbindən bağlanıb

Noyabrın 20-də Amerikanın Ukraynadakı səfirliyi ehtimal edilən hava hücumu ilə bağlı xəbərlərə görə bağlanıb.

Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndələri X sosial şəbəkəsində yazıblar.

Dövlət Departamentinin bəyanatında deyilir: “ABŞ-ın Kiyevdəki səfirliyi potensial genişmiqyaslı hava hücumu ilə bağlı konkret məlumat alıb.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Ukraynaya piyada əleyhinə minalar tədarükü ilə bağlı xəbəri şərh edərək, ABŞ prezidenti Co Baydenin hakimiyyətdən gedən administrasiyasının hərbi münaqişənin davam etdirilməsinə tam sadiq qaldığını bildirib.

DOĞRU.AZ

Seçilən
69
dogru.az

1Mənbələr