KXDR ordusunun təxminən 10 900 əsgəri Kursk bölgəsinə yerləşdirilib.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” Cənubi Koreya kəşfiyyatına istinadən yazır.
Məlumata görə, məxfi xidmətlər hərbçilərin dəqiq sayını bilmir.
“Rusiya hava-desant qoşunları və dəniz piyadalarının tərkibində 10 900-ə yaxın Şimali Koreya əsgəri Kurska yerləşdirilib, onlardan bəziləri artıq döyüşlərdə iştirak edir”, – məlumatda deyilir.
Cənubi Koreya kəşfiyyatı Pxenyanın Rusiyanı silahla təmin etdiyini bildirir. Ehtimal olunur ki, bu silahlara özüyeriyən haubitsalar və çoxsaylı buraxılış raket sistemləri daxildir.
Rusiya Müdafiə Nazirliyi bu məlumatları şərh etməyib.
Azpost.info