AZ

Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi elan olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



20 noyabrda COP29 çərçivəsində Turizm Günündə "Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü" işini başa çatdırıb.
Oxu.Az xəbər verir ki, görüşdə "Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü" müzakirə edilib, 50-dən çox ölkə və 8 qeyri-dövlət aktorun qoşulduğu "Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi" digər dövlətlərin də qoşulması üçün elan olunub.
Tədbirin bağlanışında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın xüsusi səyi nəticəsində tarixdə ilk dəfə turizm mövzusunun iqlim danışıqlarının əsas gündəliyində yer almasına diqqət çəkib. O, turizm sektorunun iqlim dəyişikliklərindəki rolunun vurğulandığı COP29-un növbəti COP tədbirləri üçün davamlı bir irs yaratmasına və bəyannaməyə tərəf çıxan ölkələrin sayının artacağına inamını ifadə edib.
BMT Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili çıxışında iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün birgə səylərin çox vacib olduğunu, "Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi"nin sektor üçün dönüş nöqtəsi kimi Qlazqo Bəyannaməsinə dəstək olduğunu qeyd edib. "Birlikdə turizmin təkcə iqtisadi artım üçün deyil, həm də ətraf mühitin qorunması və qlobal həmrəylik üçün bir qüvvə olmasını təmin etməliyik", - deyə o əlavə edib.
"Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi" turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə sektorun milli və qlobal iqlim siyasətlərinə daha yaxşı inteqrasiya edilməsini əsas hədəf kimi müəyyənləşdirir.
Bəyannamə turizm sektorunda iqlim tədbirlərinin sürətləndirilməsinin təxirəsalınmaz zəruriliyini vurğulayaraq tərəfləri emissiyaları azaltmağa və dayanıqlı turizm təcrübələrini tətbiq etməyə təşviq edir.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatının birgə təşkilatçılığı, BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə baş tutan tədbirdə 30-a yaxın ölkədən turizm nazirləri, turizm üzrə məsul qurumların yüksək səviyyəli rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Turizm Günü çərçivəsində "Turizm Sektorunun İqlim Ambisiyasının Artırılması - öhdəliklərdən icraya (ölçü və dekarbonizasiya)", "Turizm Sektorunun İqlim Ambisiyasının Artırılması - öhdəliklərdən icraya (regenerasiya/adaptasiya və maliyyələşmə)", "Turizmdə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti: İnnovativ Həllər və İrəliyə doğru" mövzularında üç yüksəksəviyyəli dəyirmi masa təşkil ediləcək və müxtəlif tematik təqdimatlar keçiriləcək.
Daha çox foto burada: PhotoStock.Az
Aygün Mirakif
Seçilən
25
50
oxu.az

10Mənbələr