AZ

Zelenski: "ABŞ yardımı kəsərsə, biz müharibəni uduzacağıq"

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, ABŞ Donald Trampın prezidentliyi dövründə Ukraynaya hərbi yardımı kəsmək qərarına gəlsə, yəqin ki, Kiyev müharibəni uduzacaq.

Bizim.Media xəbər verir ki, bu barədə o, Amerikanın "Fox News" kanalına müsahibəsində danışıb.

“Əgər kəssələr, məncə, biz uduzacağıq. Hər halda mübarizəmizi davam etdirəcəyik. Bizim öz istehsalımız var, ancaq üstünlüyə malik olmaq və sağ qalmaq üçün kifayət deyil. Ancaq bu, Amerikanın seçimidirsə, o zaman nə etməli olduğumuza qərar verəcəyik", Zelenski bildirib.

“Trampın Rusiya prezidenti Putinə təsir göstərə biləcəyinə və müharibəni dayandıra biləcəyinə inanırmı?” sualına Zelenski müsbət cavab verib:

"Bu, asan olmayacaq, amma ABŞ bütün rıçaqlarından istifadə etsə, bəli, həll edə bilər. Çünki o (Trampı nəzərdə tutur) və ABŞ Putindən qat-qat güclüdür".

Bizim.Media

Seçilən
4
3
bizim.media

6Mənbələr