“Vətən müharibəsi ilə əlaqədar filmlərin çəkilişinə ötən il 10 milyon manat ayrılsa da, müsabiqə nəticəsində 40 filmin çəkilişinə cəmi 4,4 milyon manat xərclənib”.
Valyuta.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Xarici ölkələrlə birlikdə filmlərin çəkilişinə gəlincə, TÜRKSOY-un xətti ilə Türk dünyasının ortaq filminin çəkilməsinə başlanıb. Bu, “Molla Nəsirəddin” filmidir və kommersiya əsaslı olacaq. 2023-cü ildə dövlət tərəfindən kommersiya əsaslı filmlərə də dəstək göstərilməsi qərara alınıb. Bu sahədə inkişafa səbəb olacağını düşünürük”, - deyə F.Cəfərov bildirib.
© Qafqazinfo