AZ

Abdulla Aripov yenidən baş nazir oldu

Ötən ay Özbəkistanda keçirilən seçkilərdən sonra yeni hökumət qurmaq üçün ötən gün istefa verən Abdulla Aripov yenidən baş nazir olub.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, Özbəkistanda prezident Şavkat Mirziyoyevin iştirakı ilə parlamentin aşağı palatası olan 150 deputatdan ibarət Qanunvericilik Məclisinin iclası keçirilib. 

İclasda Mirziyoyev siyasi partiyalarla məsləhətləşmələrdən sonra Abdulla Aripovu baş nazirliyə namizəd kimi təklif edib.

Parlament üzvləri gizli səsvermə yolu ilə Aripovun yenidən baş nazir seçilməsini yekdilliklə dəstəkləyiblər.

Gülşən Şərif

Seçilən
31
1
bakivaxti.az

2Mənbələr