AZ

İtaliya və Azərbaycan şirkətləri arasında işgüzar görüşlər keçirilib

Azərbaycan və İtaliyanı təmsil edən şirkət nümayəndələri arasında B2B formatında keçirilən görüşlərdə müxtəlif müzakirələr aparılıb.

COP29 çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İtaliya Ticarət Agentliyinin təşkilatçılığı ilə Yaşıl zonada yerləşən “Ticarət və İnvestisiya Evi” stendində İtaliya və Azərbaycanı təmsil edən şirkət nümayəndələri arasında B2B formatda görüşlər keçirilib.

Görüşlərdə memarlıq və tikinti, inşaat materialları, mühəndislik, sistem texnologiyaları, infrastruktur, biznes və digər sahələrdə fəaliyyət göstərən 20-yə yaxın şirkət nümayəndəsi iştirak edib. Görüşlərin əsas mövzusu ikitərəfli əməkdaşlığın genişləndirilməsi və mövcud əlaqələrin şaxələndirilməsi olub. Həmçinin şirkət nümayəndələri tərəfindən müxtəlif təqdimatlar nümayiş olunub.

Orxan Vahidoğlu, "İki sahil"

Seçilən
45
1
ikisahil.az

2Mənbələr