AZ

İcra başçısı COP29 çərçivəsində keçirilən tədbirdə iştirak edib

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bu gün keçirilən COP29 çərçivəsində şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli nazirlərin görüşündə iştirak edib.

Görüş zamanı ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, şəhərlərdə iqlim maliyyələşməsi kritik bir məsələdir. Şəhər infrastrukturuna, enerji səmərəli binalara və dayanıqlı nəqliyyat sistemlərinə sərmayəni artırmaq üçün innovativ maliyyələşmə mexanizmlərinə və daha güclü tərəfdaşlıqlara ehtiyac var. Gələcəyə baxaraq, gəlin Urbanizyasiya Günü ərzində aparılan bu müzakirələrdən istifadə edərək əməkdaşlığımızı dərinləşdirək, praktiki həlləri müəyyənləşdirək və gələcək üçün iddialı hədəflər qoyaq. Həmçinin bu görüşün nəticələrini qlobal gündəmə inteqrasiya edərək irəli aparmaq öhdəliyi götürək. Biz bütün milli hökumətləri, həmçinin özəl və ictimai tərəfdaşları bu məqsədlər uğrunda birləşməyə və sıx əməkdaşlıq etməyə çağırırıq.

Görüşdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev urbanizasiya baxımından ən sürətlə inkişaf edən regionlardan biri kimi Azərbaycan bu sürətli şəhərsalma ilə birlikdə gələn problemlərin həllinə sadiq olduğunu və bu istiqamətdə işlərin sürətlə aparıldığını qeyd edib.

Seçilən
52
naftalan-ih.gov.az

1Mənbələr