AZ

Patrik Vieyra İtaliya komandasının baş məşqçisi təyin olunub

Patrik Vieyra İtaliyanın "Cenoa" komandasının yeni baş məşqçisi təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssis bu postda Alberto Cilardinonu əvəzləyib. Fransalı baş məşqçi son olaraq ölkəsində "Strasburq"da işləyib.

Qeyd edək ki, "Cenoa" 12 turdan sonra A Seriyasında 10 xalla 17-ci pillədə qərarlaşıb.

Seçilən
29
4
bakivaxti.az

4Mənbələr