AZ

Azərbaycanda pul qazanmaq üçün yaxşı bazar var: Amma müştəri yoxdur

Rusiyanın əlli ən böyük şirkətinin qiymətli kağızlarını özündə birləşdirən Moskva Birjası indeksi 3.32% azalaraq 2630.5 bənd təşkil edib. 

Bu çöküş son iki ildə ikinci ən böyüyü olub. 

Səhmlərin dollar dəyərini izləyən RTS indeksi kapitallaşmada təxminən 2 milyard dollar və ya 3,43% itirib. Birjada praktiki olaraq yüksələn səhm olmayıb. Bəs ölkəmizdə qiymətli kağızlar və səhm bazarının durumu necədir? İnkişaf, yaxud çoküş riski varmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, Azərbaycanda səhm bazarının inkişaf etməməsinin bir sıra səbəbləri var: 

“Hazırda ölkəmizdə Bakı Fond Birjası fəaliyyət göstərir. Ona da müştəri marağı azdır. Bunun səbəbi səhmlərin rekvezitlərinin aşağı olmasıdır. Bu baxımdan, Azərbaycanda səhm bazarına maraq göstərənlər azdır. Lakin yenə də müştərilərə normal divedend söz verən bir sıra banklar və şirkətlər fəaliyyət göstərir. Məsələn, Kapital Bank, Beynəlxalq Bank, Paşa Bank və digər bankların səhmləri satışa çıxarılır. Səhmlərini satışa çıxaran və müştərilərə dividend ödəyən bir sıra böyük şirkətlər də var. 

Lakin səhmlərini bazara çıxaran şirkətlər dividend ödəmə tarixləri açıqlamadıqlarına görə həmin şirkətlərin səhmləri barədə dəqiq məlumat əldə etmək çətindir. Buna görədə səhm almaqda maraqlı olan müştərilərin sayı azdır”. 

Ekspert qeyd edib ki, Azərbaycandan kənarda tanına biləcək şirkətlərin sayı çox azdır:

“Hazırda bir neçə şirkət və banklar sabit dividend vəd edə bilir. Dövlət qurumları və banklar cəlbedici hesab oluna bilər. Lakin onların da dividend ödəməsində şəffaflıq təmin olunmalı, mətbuata açıq olmalıdır. 

Belə olarsa, səhmlərə maraq arta bilər və cəlbedici görünə bilər”. 

Ekspert hesab edir ki, səmlərlə bağlı qanunlarda boşluqlar var: 

“Səhm alışını həyata keçirən hüquqi və fiziki şəxslərin mənafeyinin qoruması ilə bağlı müvafiq qanunvericilik qəbul olunmalıdır. Hazırda səhm bazarı “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Qanunla tənzimlənir. Lakin bu qanun yetərli deyil. Faktiki olaraq sığorta sistemi mövcud deyil. Səhm alan şəxsin qarşılaşa biləcəyi riskdən sığortalanma riski aşağı səviyyədədir. Bu boşluqlar hüquqi qaydada həllini tapmalıdır”. 

Seçilən
15
cebheinfo.az

1Mənbələr