AZ

Azərbaycanda avtobusların elektrikləşdirilməsi 2030-cu ilə qədər başa çatacaq

Azərbaycan cəsarətli addımlar atıb və dayanıqlı ekosistem təklif edib. Biz Azərbaycanda 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz azaltmağı öhdəmizə götürmüşük.

"Unikal" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda turizm nazirlərinin görüşünün yekunu olaraq, DTA və BMT-nin Turizm Təşkilatının rəsmilərinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, ən müasir texnologiya və insan mərkəzli dizaynı birləşdirən baxışla Azərbaycan daha yaşıl, daha əlaqəli gələcək üçün yol açır.

“2030-cu ilə qədər avtobuslarımızın elektrikləşdirilməsini başa çatdırmağı planlaşdırırıq. Biz yüz kilometr mikromobil zolaqların çəkilməsini nəzərdə tutmuşuq. Yüz altmış ədəd elektrikli avtobus ölkəyə gətirilib. Bunların sayı artırılacaq. Bu nəqliyyat transformasiyasının mərkəzində innovasiya və data əsaslı anlayışlar dayanır”, - deyə o əlavə edib.

Seçilən
102
32
unikal.az

10Mənbələr