AZ

Lüksemburq iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyəni 100 milyon avro artırır

Bakı. Trend:

Lüksemburq beynəlxalq iqlim təşəbbüslərində iştirakını 100milyon avro artırır.

Trend xəbərverir ki, bunu Bakıda keçirilən COP29 çərçivəsində çıxışı zamanıLüksemburqun ətraf mühit, iqlim və biomüxtəliflik naziri SerjVilmes bildirib.

"Lüksemburq beynəlxalq iqlim maliyyəsinə töhfə verən aparıcıölkələrdən biridir. 2026-cı ildən 2030-cu ilə qədər biz inkişafetməkdə olan ölkələr üçün ən həssas dövlətlərə xüsusi diqqətyetirməklə 320 milyon avro ayıracağıq", - o bildirib.

Onun sözlərinə görə, vəsaitlər inkişaf etməkdə olan ölkələrdəiqlim dəyişikliyi ilə mübarizə üçün istifadə olunacaq və Lüksemburqdövlət vəsaitləri ilə yanaşı özəl kapitalı səfərbər etməyə köməkedəcək innovativ maliyyə alətlərini dəstəkləməyə davam edəcək.

"Bizim maliyyə yardımı proqramımız milli gəlirin yüzdə 1-ihəcmində ictimai inkişaf töhfəmizə əlavə olaraq davam edəcəkdir", -o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
12
1
az.trend.az

2Mənbələr