AZ

İranla bağlı "qanlı hesabat": Bir aya onlarla insan dara çəkildi

Oktyabr ayında İranda 166 nəfər edam edilib. Bu, 2007-ci ildən bəri ölkənin ədliyyə sistemi üçün ən ölümcül aydır.

Teleqraf.com xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatının hesabatında deyilir.

Qurum bildirir ki, 166 edamdan yalnız 20-si açıqlanıb. Onların arasında 10-dan çox Əfqanıstan və 1 Almaniya-İran vətəndaşı var.

Təşkilat 2024-cü ilin yanvar-oktyabr aylarında molla rejimi tərəfindən ümumilikdə 651 nəfərin edam edildiyini qeyd edir. Say ötən ilki rəqəmə (853 nəfər) çatmaq üzrədir. Bu, ötən 8 ilin ən yüksək həddidir.

“Human Rights Watch” deyir ki, edamların icrası sürəti şəkildə noyabr ayına qədər davam edib, indiyədək onlarla kürd siyasi məhbus və digərləri, o cümlədən İsrailə casusluq ittihamı ilə edam cəzasına məhkum olunub.

Qurumun İran üzrə tədqiqatçısı Nahid Nəqşbəndi söyləyib:

“İran hakimiyyəti ölüm hökmündən qorxu vasitəsi kimi istifadə edir, xüsusən də ədalətsiz məhkəmələrdə etnik azlıqları və siyasi fəalları hədəfə alır. Bu qəddar taktika hədə-qorxu yolu ilə avtokratik hökumətə qarşı istənilən müxalifəti yatırtmaq məqsədi daşıyır”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
15
teleqraf.com

1Mənbələr