Bakı. Trend:
20 noyabr 2024-cü il tarixində Fransanın Azərbaycandakı səfiriAnn Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşzamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiyazamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etirazbildirilib.
"Bu xüsusda, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbərtədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlətbaşçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviqedilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanınxüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassızşəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizəsahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulununqəbuledilməz olduğu vurğulanıb", - məlumatda qeyd olunub.
Bildirilir ki, bununla yanaşı, Ermənistanın geniş şəkildəsilahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviqedən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu diqqətəçatdırılıb.
"Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükəaltına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlətələb olunub", - məlumatda deyilir.