Fransalı mütəxəssis Patrik Vieyra “Cenoa”nın yeni baş məşqçisi təyin olunub.
Fanat.Az xəbər verir ki, məlumatı İtaliya klubunun mətbuat xidməti yayıb.
48 yaşlı çalışdırıcı bu postda 2022-ci ilin dekabrından komandaya rəhbərlik edən Alberto Cilardinonu əvəzləyib.
Vieira 2024-cü ilin iyulunda "Strasburq"dan ayrıldıqdan sonra işsiz idi. O, daha əvvəl “Kristal Pelas”, “Nitsa”, “Nyu-York Siti” və “Mançester Siti”nin gənclər komandasını çalışdırıb.
“Cenoa” bu mövsüm 10 xalla A Seriyasının turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.