Cənubi Koreyanın Ulsan şəhərində avtomobil zavodunda dəhşətli qəza baş verib. Zavodda aparılan sınaqlar zamanı 3 nəfərin boğularaq öldüyü bildirilib.
Publika.az xəbər verir ki, Cənubi Koreyanın Ulsan şəhərində "Hyundai" zavodunda aparılmış avtomobil sınaqları zamanı 3 nəfər boğularaq ölüb.
Qeyd ed\k ki, səlahiyyətlilər hadisənin avtomobilin işlənmiş tüstülərinin otağı doldurması səbəbindən baş verdiyini deyiblər.