AZ

Afrikalı ekofəallar bərpa olunan enerji mənbələri üzrə layihələrin maliyyələşdirilməsinin artırılmasına çağırış ediblər

Afrikalı ekofəallar Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) növbəti aksiya keçiriblər.

“Far.Az” xəbər verir ki, tədbir iştirakçıları Afrika regionu üçün iqlim ədaləti və ədalətli enerji keçidi tələbləri ilə çıxış ediblər.

Ekofəallar həmçinin yeni karbon layihələrinin maliyyələşdirilməsindən imtinaya və vəsaitləri bərpa olunan enerji mənbələrinin inkişafına yönəltməyə çağıran şüarlar səsləndiriblər.

FOTO: Vüqar Xanlarov

Seçilən
5
1
far.az

2Mənbələr