“Barselona” Ronald Arauxonun Uruqvay millisində olarkən aldığı zədəyə görə təzminat alacaq.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA uruqvaylı futbolçunun millidə olarkən aldığı zədəyə görə Kataloniya klubuna 3 milyon avro məbləğində təzminat ödəyəcək.
25 yaşlı müdafiəçi iyulda, Amerika kubokunun 1/4 finalında Braziliya millisi ilə matçda zədələnmişdi. O, həmin vaxtdan meydanda görünmür, heç vaxt “Barselona”nın yeni çalışdırıcısı Hans-Diter Flikin rəhbərliyi altında oynamayıb.
Arauxonun yenidən meydana qayıtması dekabr ayına planlaşdırılıb. O, 2018-ci ildən “Barselona”nın rənglərini qoruyur.
Kristensen əməliyyat olunub
Kundeyə Premyer Liqadan təklif
Renat Dadaşov məşqlərə start verib
“Bavariya”dan Musialaya jest
Amorim 7 futbolçu ilə vidalaşacaq