Tramp bu ayın əvvəlində həlledici seçki qələbəsi qazanıb. Lakin onun qələbəsi Ukraynada müharibənin gedişi ilə bağlı narahatlığı artırıb.
Bununla belə, Trampın Ukraynanı arzuolunmaz atəşkəsə məcbur edə biləcəyi ilə bağlı narahatlıqlara baxmayaraq, ekspertlər hesab edirlər ki, geri qayıdan prezident fərqli yanaşma tətbiq edə bilər.
Təhlükəsizlik və müdafiə üzrə ekspert Nikolas Drummond Trampın Ukraynaya nüvə silahı verə biləcəyini deyib.
Onun fikrincə, yeni seçilmiş prezident Donald Tramp Vladimir Putinin Rusiyasına birdəfəlik mane olmaq üçün Ukraynaya nüvə silahı ötürə bilər.
“Cebheinfo.az” xəbər verir ki, o, bu barədə “Daily Express”-ə bildirib.
“Növbəti dörd il ərzində Rusiya yenidən silahlanacaq, lakin Ukrayna da bərpa olunacaq, yenidən silahlanacaq və hazırlaşacaq.
Bu hazırlıq ABŞ-nin Ukraynaya nüvə silahı ötürməsini əhatə edə bilər. Razılaşma çox sakit şəkildə həyata keçirilə bilərdi və Ukrayna birdən-birə çox güclü olacaq”,-deyə o əlavə edib.
Onun sözlərinə görə, ABŞ Ukraynanı nüvə silahı ilə təmin edəcəyini, eyni zamanda NATO-ya üzv ola bilməyəcəyini bəyan edə bilər.