AZ

İlyas Əfəndiyev haqqında yeni monoqrafiya çap olundu

Tədqiqatçı Qənirə Əmiraslanovanın “İlyas Əfəndiyevin yaradıcılığında tarixilik və müasirlik” monoqrafiyasını çap olunub.

Kulis.az xəbər verir ki, tədqiqat əsərinin elmi redaktoru və “Ön söz”ünün müəllifi professor Təyyar Salamoğludur.

O, Qənirə Əmiraslanovanın analitik elmi düşüncə imkanlarını önə çəkərək yazır ki, monoqrafiyada yazıçının həm roman və povestlərində, həm də dramaturgiyasında mənəvi-əxlaqi problemlərin bədii ifadəsinə, məhəbbət süjetlərinə ayrılan yeri doğru olaraq tarixi şəraitlə bilavasitə əlaqələndirilir. Müəllif bu istiqamətdəki əsərləri ötən əsrin 50-ci illərin ortalarından sonra ədəbiyyatımızda formalaşan yeni keyfiyyət mərhələsinin səciyyəvi əlamətlərini özündə daşıyan yaradıcılıq faktları kimi dəyərləndirir.

Monoqrafiyada böyük ədibin yaradıcılığı ilk hekayəsindən son əsərinəcən tədqiq edilib və İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatının inkişafındakı rolu yüksək qiymətləndirilib.

Monoqrafiyanın rəyçiləri professor Sara Osmanlı və dosent Razim Məmmədovdur.

Seçilən
13
kulis.az

1Mənbələr