AZ

“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir

Bakı. Trend:

Regionlarda sosial məsuliyyət təşəbbüsləri ilə seçilən “Nar”Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə birgə 20 Noyabr –Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş yeni layihəyə startverib. Layihə çərçivəsində Naxçıvan, Bakı, Gəncə, Lənkəran vəQəbələdə bir ay ərzində uşaqların rəqəmsal mühitdətəhlükəsizliyinin təmin edilməsi ilə bağlı geniş maarifləndirmətədbirləri həyata keçiriləcək.

İlkin mərhələdə “Uşaqların zərərli və təhlükəli məlumatlardanqorunması” mövzusunda onlayn görüş keçirilib. Bu tədbirdə Naxçıvan,Bakı, Gəncə, Lənkəran və Qəbələdəki 10 məktəbdən VII-XI sinifşagirdləri və müəllimlər iştirak ediblər. Dövlət rəsmiləri vəmütəxəssislər görüş zamanı rəqəmsal resurslardan düzgün vətəhlükəsiz istifadə qaydaları barədə ətraflı məlumat verib vəiştirakçıların suallarını cavablandırıblar.

Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyi, Ailə, Qadın vəUşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasınınİnsan Hüquqları üzrə Müvəkkili, Azərbaycan KibertəhlükəsizlikTəşkilatları Assosiasiyası və ADA Universitetinin tərəfdaşlığı iləhəyata keçirilir.

“Nar” bu təşəbbüslə elm və təhsilə verdiyi dayanıqlı dəstəyinbir hissəsi olaraq, uşaq hüquqlarının qorunması və rəqəmsal mühitdətəhlükəsiz davranış qaydalarının öyrədilməsi işinə mühüm töhfəverir. Xüsusilə regionlarda həyata keçirilən bu layihə gələcəknəsillərin təhlükəsiz rəqəmsal mühitdə böyüməsi üçün vacibplatforma yaradır.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitəxidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinəgörə ölkədə lider mobil operatordur. Mobil operatormüştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymətqarşılığında üstün xidmət təqdim edir.

Seçilən
28
17
az.trend.az

10Mənbələr