AZ

"İnkişaf Yolu dəhlizini Orta dəhlizlə əlaqələndirməyi planlaşdırırıq" - Uraloğlu

"Türkiyə İnkişaf Yolu dəhlizini Orta dəhlizlə əlaqələndirməyi planlaşdırır".

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında mətbuata açıqlamasında deyib.

 

"Azərbaycanın da daxil olduğu Çindən çıxıb Avropaya qədər gedən Orta Dəhliz Türkiyədən keçir. Bu yolda elektrikli nəqliyyat vasitələrindən istifadənin mümkünlüyünü müzakirə edirik. Bundan başqa, İraqdan başlayıb 1200 km yol qət edib Türkiyəyə gedən və Avropaya qədər uzanıb Orta Dəhlizə bağlanan İnkişaf Yolu dəhlizi üzərində işləyirik",- nazir bildirib.

 

Firuzə Əliyeva

Seçilən
13
sfera.az

1Mənbələr