UEFA Avropa Liqasının 5-ci turunda Fransanın "Olimpik Lion" komandasını qəbul edəcək "Qarabağ"ın oyununa satılan biletlərin sayı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.
Dünəndən satışda olan biletlərin 13000-i artıq sahibini tapıb.
Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək qarşılaşma saat 21:45-də start götürəcək.