AZ

Azərbaycanın dövlət siyasətində qadınlara xüsusi diqqət göstərilir- ÖZƏL

"Ölkəmizdə gedən bütün proselərin mərkəzində dayanan YAP hər bir  sahədə inkişafa dəstək olmağa səy göstərir". "Olaylar" xəbər verir ki, bunu YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov deyib: "Keçirilən seçki poseslərinə daim yeni şüarlarla qatılan  Yeni Azərbaycan Partiyası  gördüyü işlər fonunda qarşıdakı dövr üçün möhtəşəm hədəfləri açıqlayaraq seçkidən-seçkiyə onları tam şəkildə həyata keçirməyə səy göstərir. Vaxtilə "Yeni Azərbaycan uğrunda" deyən YAP bu gün "Qalib xalqın qalib Lideri", "Yeni dövrə yeni Azərbaycanla" bildirir.  Tarixi Zəfərimizin reallıqları Yeni Azərbaycan Partiyasının da qarşısına mühüm vəzifələr qoydu. Bu reallıqlar əsasında  2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında partiyanın yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva YAP Sədrinin birinci müavini təyin edildi. Bu təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr