AZ

MİT-dən əməliyyat: Saxlanılanlar var

Türkiyə Milli Kəşfiyyat Təşkilatı kibercinayətkarlıq şəbəkəsinə qarşı əməliyyat keçirib.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, qeyri-qanuni yolla əldə edilmiş şəxsi məlumatlardan təşkilati fəaliyyətlərdə istifadə edən kibercinayətkarlıq şəbəkəsinə qarşı baş tutan əməliyyatda 3 nəfər saxlanılıb.

Şübhəlilərin beynəlxalq cinayət şəbəkələri ilə əməkdaşlıq edərək əldə etdikləri kritik məlumatlardan həm iqtisadi qazanc əldə etmək, həm də Türkiyəyə qarşı fəaliyyətlərdə istifadə etdikləri müəyyən edilib.

Mina Mikayılova

Seçilən
17
bakivaxti.az

1Mənbələr