AZ

İran Britaniyanın sanksiyalarına xəbərdarlıqla cavab verdi

Londonun İran İslam Respublikası Gəmiçilik Şirkətinə qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra Britaniyanın müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

"Birləşmiş Krallıq İranın Rusiyaya ballistik raketlər göndərməsi bəhanəsi ilə İranın bir sıra fiziki və hüquqi şəxslərinə, o cümlədən İran İslam Respublikasının Gəmiçilik Şirkəti və “İran Air” şirkətinə qarşı qeyri-qanuni sanksiyalar tətbiq etdikdən sonra Böyük Britaniyanın müvəqqəti işlər vəkili (səfir olmadığı halda) noyabrın 19-da axşam Xarici İşlər Nazirliyinə dəvət edilib və İranın Britaniya hökumətinin qeyri-qanuni və əsassız hərəkətinə qarşı qəti etirazı ona çatdırılıb", - məlumatda qeyd olunub. 

Xarici İşlər Nazirliyinin Qərbi Avropa məsələləri üzrə baş direktorunun köməkçisi Abbas Naderi Böyük Britaniyanın bu hərəkətlərini pisləyib, sanksiyaları beynəlxalq hüquqa zidd hesab edib və onların gəmiçilik və dəniz ticarəti azadlığı prinsipini pozduğunu qeyd edib.

Ağarza Elçinoğlu 

Seçilən
5
1
unikal.az

2Mənbələr