AZ

Almaniya bu il kömürlə işləyən 16 elektrik stansiyasını bağlayıb – Cennifer Morqan

Bakı. Trend:

Almaniya 2024-cü ildə 16 kömür elektrik stansiyasınıbağlayıb.

Trend xəbər verir ki, bubarədə Almaniyanın beynəlxalq iqlim dəyişikliyi məsələləri üzrədövlət katibi və xüsusi nümayəndəsi Cennifer Morqan Bakıdakeçirilən COP29 sammitində milli bəyanatla çıxışı zamanıbildirib.

"Biz inkişaf etməkdə olan ölkələrə zəruri həcmdə vəsaitlərinyönləndirilməsi üçün bütün mümkün vasitələrdən istifadə edirik.Almaniya öz öhdəliklərinə sadiq qalır", — deyə o qeyd edib.

Onun sözlərinə görə, Almaniya öz işini görəcək, lakin digərölkələr də məsuliyyəti öz üzərinə götürməlidir.

"Bugünkü problemlər 1990-cı illərin metodları ilə həll ediləbilməz və bunun üçün özəl investisiyalar və iqlim maliyyələşdirməsiprosedurlarının sadələşdirilməsi lazımdır", — deyə C.Morqan əlavəedib.

"Biz iqlim dəyişikliyinin təsirlərinin azaldılması üçün iddialıhəll yoluna ehtiyac duyuruq. Qalıq yanacaqlardan ədalətli,bərabərhüquqlu və planlı keçidi sürətləndirməliyik. 2030-cu iləqədər bərpa olunan enerji mənbələrindən istifadəmizi üç dəfəartırmalı və enerji səmərəliliyini ikiqat artırmalıyıq", — deyəCennifer Morqan vurğulayıb.

O qeyd edib ki, bərpa olunan enerji mənbələri Almaniyadaelektrik enerjisi istehlakının təxminən 60 faizini təşkil edir.Almaniyada qaz tələbatı azalır və ölkə dünyanın ən stabil enerjişəbəkələrindən birinə malikdir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
33
az.trend.az

1Mənbələr