AZ

Ərdoğandan bədbin açıqlama: “Müharibə daha da gərginləşəcək”

“Türkiyə Suriyada öz milli maraqları əsasında hərəkət edir və buna görə də Rusiya tərəfi ilə daim əlaqə saxlayır”.

KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz bu məsələ ilə bağlı Rusiya ilə lazımi danışıqlar apararaq, Suriyadakı vəziyyəti bütün regionun xeyrinə bərpa etməyə çalışırıq”, – deyə dövlət başçısı bildirib.

Ərdoğan, həmçinin ABŞ Prezidenti Cozef Baydenin Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verməsi məsələsinə də münasibət bildirib.

Prezident vurğulayıb ki, bu addım münaqişəni qızışdırmaq və gərginləşdirmək məqsədi daşıyır.

Məlik,
KONKRET.az

 

Seçilən
5
konkret.az

1Mənbələr