AZ

İtaliya və Yunanıstanın Kiyevdəki səfirlikləri təhlükəsizlik təhdidləri səbəbindən bağlanıb

Kiyevdəki bir sıra Avropa səfirlikləri mümkün təhlükəsizlik təhdidləri səbəbindən ziyarətçiləri qəbul etməyəcək.

İtaliyanın Kiyevdəki səfirliyi təhlükəsizlik səbəbi ilə ziyarətçiləri qəbul etməyəcəyini bildirib. Bu barədə diplomatik nümayəndəliyin saytında bildirilir.

Yunanıstan səfirliyi də təhlükəsizlik təhdidləri səbəbindən işlərin dayandırıldığını açıqlayıb.

Bundan əvvəl Amerikanın Ukraynadakı səfirliyi ehtimal edilən hava hücumu ilə bağlı xəbərlərə görə bağlanmışdı.

DOĞRU.AZ

Seçilən
13
dogru.az

1Mənbələr