AZ

10 900 Şimali Koreya əsgəri bu bölgədə HƏRƏKƏTƏ KEÇİB - ŞOK DETALLAR üzə çıxdı

Təxminən 10 900 Şimali Koreya əsgəri Rusiyanın hava-desant qoşunları və dəniz piyadaları tərkibində Kursk bölgəsinə yerləşdirilib və bəziləri artıq Ukrayna müharibəsində döyüşlərdə iştirak edib.

Musavat.com "Reuters"ə istinadla xəbər verir ki, bu barədə cənubi koreyalı deputat Li Sonq Kveun ölkənin kəşfiyyat agentliyinə istinadən bildirib.

O, Şimali Koreyanın Ukrayna müharibəsi üçün əlavə silahlar, o cümlədən özüyeriyən haubitsalar və çoxsaylı raket buraxılış qurğuları göndərdiyini də bildirib.

Millət vəkili Pak Sun-Von isə qeyd edib ki, Şimali Koreyanın xarici işlər naziri Tsoy Son Hinin bu ay Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşü protokol baxımından qeyri-adi olub və bu görüş sadəcə salamlaşma ilə məhdudlaşmayıb, daha ciddi məsələləri, o cümlədən Kim Çen Inın Rusiyaya mümkün səfərini də əhatə edib. 

"Kəşfiyyat agentliyi Şimali Koreya əsgərlərinin dəqiq itki sayını və onların arasında təslim olanların olub-olmadığını araşdırmağa davam edir, lakin bu barədə ziddiyyətli məlumatlar mövcuddur", - deyə millət vəkili əlavə edib.

Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr