AZ

Qazaxıstan 2030-cu ilə qədər elektrik və hibrid nəqliyyatın payını 30 faizə çatdırmağı planlaşdırır

Bakı. Trend:

Qazaxıstan 2030-cu ilə qədər elektrik və hibrid nəqliyyatvasitələrinin payını 30 faizə çatdırmağı planlaşdırır.

Trend xəbər verir ki, bubarədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev"Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunda yüksək səviyyəlidəyirmi masada çıxışı zamanı bildirib.

O qeyd edib ki, ekoloji təmiz nəqliyyatın inkişafı şəhərlərindavamlı inkişafı üçün prioritetdir.

"Şəhər nəqliyyatı istixana qazı emissiyalarına və havaçirkliliyinə əhəmiyyətli dərəcədə təsir göstərir, xüsusilə Almatıvə Astana kimi böyük şəhərlərdə, burada yol sıxlığı və ekologiyanınpisləşməsi kimi problemlər daha çox hiss olunur.

Qazaxıstan hökuməti karbon izini azaltmaq üçün strategiyalarhəyata keçirir, bu strategiyalara ictimai nəqliyyatınmodernləşdirilməsi, elektrik avtobusları, tramvaylar və şarjstansiyaları infrastrukturunun inkişafı daxildir.

Elektrik nəqliyyat vasitələrinin istifadəsi vergidən azadolma vəsubsidiyalar vasitəsilə stimullaşdırılır. Ekoloji nəqliyyatşəhərlərimizin həyat keyfiyyətinin yaxşılaşdırılması və davamlıinkişafı üçün həm çağırış, həm də fürsətdir", — deyə T.Lastaevvurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
21
az.trend.az

1Mənbələr